|
|
Bakıda “İslam həmrəyliyinin güclənməsində medianın rolu” mövzusunda konfrans keçirilirNoyabrın 30-da Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin güclənməsində medianın rolu” mövzusunda konfrans keçirilir. Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, tədbirdə çıxış edən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Güney və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyəti barədə danışıblar. Qeyd edilib ki, bəzi cəmiyyətlərdə dini məzhəblər və təriqətlər arasında toqquşmalar müşahidə olunur. Müsəlmanlara düşmən mövqedə olan bəzi dairələr bundan öz məqsədləri üçün istifadə edirlər. Azərbaycan Prezidentinin 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan etməsi tarixi addım kimi dəyərləndirilib. Qeyd edilib ki, bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov bildirib ki, İslam dini sülh, mərhəmət dinidir. Bu din terrorla eyniləşdirilməməlidir. Terrordan əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu vurğulayan Bəhruz Həsənov qeyd edib ki, həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, dini və mədəniyyət abidələri dağıdılıb. “Azərbaycan İslam dünyasında böyük nüfuza malikdir. Azərbaycan İslam dəyərlərinə ən yüksək səviyyədə önəm verən ölkələrdən biridir”, - deyən Prezident Administrasiyasının məsul əməkdaşı qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasında məqsəd təkcə Azərbaycandakı məzhəblər arasındakı dialoqu gücləndirmək deyil, eyni zamanda, dünyada İslam ölkələri arasında həmrəyliyi möhkəmləndirməkdir. O vurğulayıb ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da İslam ölkələri arasında dialoqun gücləndirilməsinə öz töhfəsini verib. Tədbir müzakirələrlə davam etdirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Noyabr, 2017 14:01 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |