|
Azərbaycan-Türkiyə-Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilirBakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu və Pakistan İslam Respublikasının xarici işlər naziri Havaca Məhəmməd Asifin iştirakı ilə Azərbaycan-Türkiyə-Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilir. Ahlibeyt.az-ın məlumatına görə, Elmar Məmmədyarov Türkiyə və Pakistan xarici işlər nazirləri ilə keçirilən birinci üçtərəfli görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib ki, bu il Azərbaycanın hər iki ölkə ilə diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyib. O qeyd edib ki, beynəlxalq təşkilatlarda ölkələrimizin mövqeləri üst-üstə düşür.Nazir görüşdə regional münaqişələr, terrorla mübarizə barədə də müzakirələrin aparıldığını diqqətə çatdırıb. Elmar Məmmədyarov vurğulayıb ki, görüşdə Azərbaycanın və Türkiyənin yaratdığı nəqliyyat dəhlizindən Pakistanın da yararlanması təklif olundu. “Ölkələrimiz arasında ikitərəfli və ya üçtərəfli hava nəqliyyatının bərpa olunması məsələsini də müzakirə etdik. Azərbaycan tərəfi bu görüşdən məmnundur”, - deyə xarici siyasət idarəsinin rəhbəri vurğulayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda üçtərəfli görüşün nəticələrinə dair mətbuat konfransında hər üç ölkənin parlamentarilərini də cəlb etmək barədə razılıq əldə edildiyini bildirib. “Biz Qarabağ, Kəşmir və Kipr məsələsinin həllində daha çox həmrəy olmalı və bir-birimizə dəstək zamanı heç nədən çəkinməməliyik. Qarabağ və Kəşmir məsələsində qardaş Azərbaycanın və qardaş Pakistanın daim yanındayıq. Biz terrorçuların İslamı əllərində vasitəyə çevirmələrinə imkan verməyəcəyik”, - deyə türkiyəli nazir qeyd edib. Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü çox məhsuldar keçdi, geniş müstəvidə müzakirələr aparıldı. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı müzakirələri xüsusi qeyd etməliyəm - bu sözləri Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif birgə mətbuat konfransında söyləyib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Noyabr, 2017 13:25 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |