|
|
Dövlət Komitəsi: İraqdakı Azərbaycan vətəndaşlarının qaytarılması istiqamətində işlər davam etdirilir“Azərbaycanda aidiyyəti qurumlar İraqdakı Azərbaycan vətəndaşlarının, xüsusilə uşaqların geriyə qaytarılması istiqamətində işləri davam etdirir”. Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Dövlət Komitəsinin sədri qeyd edib ki, bir nəfər də olsun Azərbaycan vətəndaşı, xüsusən də uşaqlar kənarda qala bilməz: “Suriya və İraqda “İŞİD” terror təşkilatının fəaliyyəti getdikcə aradan qaldırılıb. “İŞİD”-dən azad olunmuş ərazilərdə ayrı-ayrı ölkələrdən gəlmiş şəxslər müəyyənləşdirilir. Azərbaycanda da ora aldadılaraq ailə üzvləri, övladları ilə birlikdə aparılan şəxslər olub. Həmin şəxslərin ölkəyə qaytarılması dövlətin diqqət mərkəzindədir. Qeyri-qanuni silahlı birləşmələrə qoşulan şəxslərə qarşı isə qanunvericiliyə uyğun olaraq cinayət işləri qaldırılıb, onlar qanun qarşısında cavab verməli olacaqlar”. Qeyd edək ki, rəsmi məlumatlara əsasən, İraqda 100-dən çox qadın və uşaq var.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Noyabr, 2017 12:21 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |