|
Milli Məclisdə İsveçin Dini icmalara dəstək üzrə Dövlət Agentliyinin sədri ilə görüş olubMilli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində İsveçin Dini icmalara dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Goranssonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, MM-dən APA-ya verilən məlumatda bildirilir ki, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qonaqlara parlamentin fəaliyyəti, qanunvericilik bazasının təkmilləşdirilməsi, deputatlar üçün yaradılmış iş şəraiti barədə məlumat verib. O qeyd edib ki, Milli Məclisdə dini münasibətləri tənzimləyən hüquqi aktlar, o cümlədən “Dini etiqad azadlığı haqqında” qanun qəbul olunub: “Cəmiyyətdə müxtəlif konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşaması mədəniyyəti formalaşıb. Azərbaycan vətəndaşları arasında digər dinlərin nümayəndələri də var. Əsrlərdən bəri ölkəmizdə bütün dini icmalara dözümlü münasibət mövcuddur. Müxtəlif dini etiqadlara mənsub olan insanlar öz ibadətlərini, adət-ənənələrini azad şəkildə həyata keçirirlər. Bütün dinlərə qarşı hər zaman dözümlülük nümayiş etdirilib. Məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar dövlətimiz və Heydər Əliyev Fondunun himayəsi altında bərabər hüquqda fəaliyyət göstərirlər. Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən ölkədə dini etiqad azadlığının həyata keçirilməsi üçün lazımi şərait yaradılıb". Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışılıb. S. Novruzov bildirib ki, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. İşğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus maddi-mədəni və dini abidələr ermənilər tərəfindən dağıdılıb. Dünya ictimaiyyəti bunun qarşısının alınması üçün səylərini artırmalıdır. İsveç nümayəndə heyətinin rəhbəri Ake Goransson isə bildirib ki, bu gün İsveçdə 70-ə yaxın dini icma fəaliyyət göstərir. Dini azadlığın təmin edilməsinin vacib olduğunu deyən qonaq, qeyd edib ki, burda əsasən vətəndaşların mənafeyi nəzərə alınmalıdır. Dini icmalar vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməlidir. Sensus Araşdırmalar Assosiasiyasının direktoru Ann-Katrin Persson, İbn Rüşd Araşdırmalar Assosiasiyasının direktoru Ömər Mustafa təmsil etdikləri qurumların fəaliyyəti, apardıqları tədqiqatlar barədə məlumat verdilər. Dinlər arasında əməkdaşlığın əhəmiyyətli olduğunu söyləyiblər. Qeyd edək ki, görüşdə Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar Xanlar Fətiyev, Sevinc Fətəliyeva, Səttar Möhbalıyev, Cavanşir Paşazadə, İsveçin Azərbaycandakı səfiri İngrid Tersman iştirak ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Noyabr, 2017 10:20 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |