|
|
Azərbaycan prezidentindən Misirdə törədilən qətləamla bağlı prezident əs-Sisiyə başsağlığıMisirdə cümə namazı zamanı məscidə edilən hücumla əlaqədar ökədə üç günlük matəm elan olunub.
Azərbaycan prezidenti İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisiyə başsağlığı verib.
Ahlibeyt.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Ər-Rauda məscidinə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.
Qeyd edək ki,bir gün əvvəl Misirdə cümə namazı zamanı məscid terrorçular tərəfindən mühasirəyə alınaraq qarşısında partlayış tprədilmişdir.Məscidi tərk edənlər terrorçular tərəfindən gülləbaran edilmişdir terror nəticəsində 250 nəfərə qədər insanın dünyasını dəyişdiyi,180 nəfərə qədər yaralıların olduğu açıqlanıb.Ölən və yaralananlar arasında 30 qədər uşağın olduğu da bildirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Noyabr, 2017 13:09 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |