|
Quran müqəddəs kitab deyil? – Hacı Şahindən cavabQurani-Kərimin müqəddəs olması onun bütün insanlara açıq olması ilə ziddiyyət təşkil etmir. Quranın müqəddəsliyi onda Allah kəlamlarının olmasındadır. Ahlibeyt.az-ın məlumatına görə bu sözləri Axar-a ilahiyyatçı Hacı Şahin həmkarı Elşad Mirinin “Yaşıl orta” verilişində “Quran müqəddəs kitab deyil” fikirlərinə münasibət bildirərkən deyib. Hacı Şahinin sözlərinə görə, Qurandakı ayələrdə də qeyd olunur ki, hətta torpaq da müqəddəs hesab oluna bilər: “Quranda Musa peyğəmbərə müraciətdə deyilir: “Çarıqlarını çıxar, sən müqəddəs bir vadiyə daxil olmusan”. Buradan o məlum olur ki, torpaq, müəyyən ərazi belə müqəddəs ola bilər. O ərazi ona görə müqəddəsdir ki, o torpaqda Musa peyğəmbərə vəhy nazil olur. Quranın bəyan etdiyinə görə, o torpaq müqəddəsdir. Torpaq müqəddəs olursa, Allah kəlamı da müqəddəs sayılır. Çünki bu Allahın sözüdür, Allahın kəlamıdır”. İlahiyyatçı bildirib ki, Quranın müqəddəs olması heç də o anlama gəlmir ki, kimlərsə Qurani-Kərimlə tanış olmasınlar: “Quranın müqəddəsliyi onun mahiyyətindən xəbərdar olmaq üçün bir maneə deyil, ola da bilməz. Müqəddəslik sadəcə Allahla bağlı olan həqiqətlərə aid edilə bilər. Qurani-Kərim insanların hidayəti üçün göndərilmiş kitabdır. Bu səbəbdən də hər kəs Quran oxumalı, onunla tanış olmalı, öyrənməlidir. Quran xüsusilə hansısa peşə sahibləri üçün nəzərdə tutulmuş kitab deyil. Quran bütün insanlara, bütün bəşəriyyətə açıq kitabdır. Quran insan üçün həyat proqramıdır”. Hacı Şahin bildirib ki, insan Quranı oxumadan, ayələri ilə tanış olmadan, ayələri haqqında düşünmədən islamla tanış ola bilməz. Qeyd edək ki, ilahiyyatçı Elşad Miri “Yaşıl orta” verilişində bildirib ki, Qurani-Kərimin heç bir yerində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz. Onun sözlərinə görə, Qurana hər kəs toxuna bilməlidir. Toxunanda nə yazıldığını görməli, şahidi olmalı, Quran onun stolüstü kitabına çevrilməlidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Noyabr, 2017 11:48 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |