إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Elmin sübut etdiyini din də təsdiqləyir" - Hacı Şahin Həsnli

ABŞ-ın Şimali Karolina ştatında dünyanın düz olduğunu iddia edən bir qrup şəxsin iştirakı ilə toplantı keçirilib. Toplantıda “NASA və digər Kosmik yalanlar”, “Elmi yolla düz dünya”, “Elmin yayılmış yalanlarına inanmaq” və s. kimi tezislərlə dünyanın düz olduğu iddia edilib.

Məsələ ilə bağlı Kult.az-a danışan ilahiyyatçı Hacı Şahin bildirib ki, çağdaş dünyada bu haqda müzakirə aparmaq gülüncdür:

“Müasir mədəniyyətin, xüsusilə Postmodernin formalaşdırdığı eklektizm, total konspirologiya axtarışı, elmi subyektivizm absurd fikirlərin səslənməsinə səbəb olur. Üstəlik, informasiya mühitinin də şou və komediya meydanına çevirilməsi belə absurd düşüncələri tirajlayır”.

Quranda dünyanın düz olması ilə bağlı yazılanlar haqda danışan Hacı Şahin qeyd edib ki, bununla elm məşğul olmalıdır:

“Dünyamız o qədər maddiləşib ki, dini də maddi qəliblərə salmaq istəyirik. Allahın kitabı fizika dərsliyi deyil ki, maddi aləmin qanunauyğunluqlarını detallı şəkildə tədris etsin. Dinin vəzifəsi bioloq, astronom yetişdirmək deyil. Din insanı xoşbəxtliyə, təfəkkürə, refleksiyaya yönəldir. Qalan mövzular elmin məşğul olmalı olduğu haşiyədir. Elmin möhkəm dəlillərlə sübuta yetirdiyi məlumatı din də təsdiq edir”.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Noyabr, 2017  13:13 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!