|
|
Ali təhsil ocağıda narkomaniyaya qarşı maarifləndirimə tədbiri keçirilibAzərbaycan Turizm və Menecement Universitetinin və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatlığı ilə ali təhsil müəssisəsində "Biz narkotiklərə yox deyib həyatı seçirik" mövzusunda maarifləndirimə tədbiri keçirilib.
Ahlibeyt.az-ın məlumatına görə, tədbirin əsas məqsədi bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə gəncləri səfərbər etməkdir..
ATMU-nun Tədris işləri üzrə prorektoru Eldar Aslanov iştirakçıların diqqətinə çatdırıb ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqram”ının icrası məqsədilə müvafiq qurumlarda təşkil olunan maarifləndirmə tədbirləri əhəmiyyətli sayıla bilər.
Dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər paketində gələcəyimizin qarantı sayılan gənclərimizin zərərli vərdiş və təsirlədən uzaqlaşmaları üçün mühüm işlər görülür.
Nərimanon rayon Polis İdarəsinin Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları zərərli vərdişlərin mənfi fəsadları,o cümlədən həyatımıza, sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd bir həyat olması barədə ətrafli məlumat veriblər.
Tədbirin sonunda “dəyirmi masa” iştirakçılarını maraqlandıran suallara cavab verilib.Videoçarx nümayiş etdirilib. İştirakçılara maarifləndirici broşürlər paylanılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Noyabr, 2017 12:52 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |