|
Neftçala rayonu Həzrət Əli məscidi dini icması tərəfindən maarifləndirici tədbir keçirilibNoyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) dəstəyi ilə Neftçala rayonu Bankə qəsəbəsi Həzrət Əli məscidi dini icması tərəfindən “İslamda həmrəyliyin əhəmiyyəti” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Ahlibeyt.az-ın dini komitənin mətbuat xidmətinə istinadən məlumatına görə,tədbirdə Həzrət Əli məscidi dini icmasının sədri Əli Musayev, DQİDK Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov və şöbənin əməkdaşı Yusif Yusifli, Qafqaz Müsəlmanları İdarəsinin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, dindarlar, ziyalılar və gənclər iştirak ediblər. Komitənin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov Azərbaycanda dövlət-din münasibətlərindən və İslam həmrəyliyinin əhəmiyyətindən danışıb. O bildirib ki, İslam dini insanları təhsilə, elmə, həmrəyliyə çağırır və dini radikalizmə “yox” deyir. Həzrət Əli məscidi dini icmasının sədri Əli Musayev Azərbaycanda bütün dinlərə eyni münasibət göstərildiyini, İslamın sülh və əmin-amanlıq dini olduğunu deyib. Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev mövzu ilə bağlı öz fikirlərini bölüşüb. Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, maarifləndirmə tədbiri Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Noyabr, 2017 10:35 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |