|
|
Ayətullah Xamenei zəlzələ baş vermiş bölgəyə səfər edib - FOTOİranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei bu gün sübh cağı gözlənilmədən zəlzələ baş vermiş bölgəyə səfər edib - Kirmanşah şəhərinə gəldikdən sonra zəlzələdən ən çox ziyan görmüş Sərpol Zəhab bölgəsində gedib.
Ahlibeyt.az-ın məlumatına görə,Maide.az "Leader.ir" saytına istinadən xəbər verir ki, Ayətullah Xamenei Sərpol Zəhab bölgəsində hadisə qurbanlarının ailələri və əhali qarşısında çıxış edib:
“Siz əziz və vəfalı xalqın şəhərinə şad və sevincli gününüzdə gəlməyi çox istərdim. Bu günki kimi qəmli, müsibətli gündə deyil. Sizin hər birinizin qəmində şərikəm. Ürəyimiz qəmlə doldu və narahatıq.”
Ayətullah Xamenei Kirmanşah əyalət xalqının Müqəddəs Müdafiə dövründə fədakarlığı və müqaviməti ilə bağlı danışıb və qeyd edib ki, sizin şəhəriniz və ətraf bölgələr ilk dəfə deyil ki, belə problemlərlə üzləşir:
“Siz müharibə dövründə də ağrı və acıların qarşısında müqavimət göstərdiniz, möhkəm, şücaətli və rəşadətli olduğunuzu isbat etidiniz, bu gün bunu təkrarlayırsınız. Böyük və cəsur insanlar hadisələr qarşısında durur və həmin hadisələri öz iradəsi ilə məğlub edir.”
Bölgədə meydana gələn zəlzələ nəticəsində 500-ə yaxın insanın həyatını itirməsini böyük bir fəlakət olaraq qiymətləndirən Ali Rəhbər Ayətullah Xamenei İran xalqının Kirmaşahda baş verən zəlzələdə zərərçəkənlərə özünü borclu hesab edərək öz imkarları ilə geniş miqyasda yardımlar etməsinə görə təşəkkür edib.
Ayətullah Seyyid Əli Xamenei, qeyd edib ki, məsul şəxslər vəzifə borclarını yerinə yetirərək edə biləcəkləri qədər səy göstərib və əgər onların bu səyləri olmasaydı daha böyük problemlərlə üzələcəkdik, lakin bunlar mənə görə yenə kafi deyil və daha çox işlər görülməlidir.
Ayətullah Xamenei bildirib ki, inşallah Kirmanşah xalqını daha yaxşı günlər gözləyir. İnşallah bütün bölgənin yenidən inşa edildiyi vaxt Allah bizə buranı yenidən ziyarət etmə fürsəti verər.
Qeyd edək ki, noyabrın 12-də İranın qərbində Kirmanşah əyalətində 7,3 bal gücündə zəlzələ baş verib.
Zəlzələ nəticəsində 452 nəfər həlak olub, 8 mindən çox insan yaralanıb.
Kirmanşahda baş vermiş zəlzələ nəticəsində 30 mindən çox evə ziyan dəyib.
.
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Noyabr, 2017 15:15 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |