|
|
Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddi və aylıq vəzifə maaşları müəyyənləşibNazirlər Kabineti Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə qərar qəbul edib. Ahlibeyt.az-ın Report-a istinadən xəbərinə görə, sənədi Baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb. Qərarla, Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddi 15 vahid müəyyən edilib. Mənəvi Dəyərlərin Təbliği Fondunda İcraçı direktor 1150 manat, icraçı direktorun müavini 895 manat, şöbə müdiri, baş mühasib 590 manat, baş məsləhətçi 410 manat, aparıcı məsləhətçi 390 manat, məsləhətçi 380 manat, kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssis 200 manat, Sürücü 220 manat, Xadimə isə 155 manat maaş alacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Noyabr, 2017 13:57 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |