|
|
Hacı Şahin Həsənli 7 saylı cəzaçəkmə müəssisəsində təşkil olunan tədbirdə iştirak edibƏdliyyə Nazirliyi Penitensiar xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı Tədbirlər Planına əsasən məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi məqsədilə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir. Ahlibeyt.az-ın dini komitənin mətbuat xidmətinə istinadən məluatına görə,noyabrın 16-da növbəti maarifləndirici tədbir Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində keçirilib. “Azərbaycan tolerantlıq diyarıdır” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli və Penitensiar xidmətin əməkdaşı İlkin Rəhimov iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Penitensiar xidmətin əməkdaşı İlkin Rəhimov məhkumlara dini etiqadlarını həyata keçirmək üçün müəssisədə yaradılmış şərait barədə məlumat verib. O bildirib ki, məhkumlara mənəvi tələbatlarının ödənilməsi üçün lazımı şərait yaradılıb və mütaliə məqsədilə müxtəlif dini ədəbiyyatların yer aldığı kitabxana istifadəyə verilib. Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov qeyd edib ki, Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqlu və öz inancına görə azaddır. “Beynəlxalq Tolerantlıq Günü” nün mahiyyətindən danışan şöbə müdiri deyib ki, Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Hacı Şahin Həsənli isə ölkəmizdə mövcud fərqli inanc sistemindən bəhs edərək bildirib ki, bu fərqliliklər inkişafa gətirib çıxarır. Fərqli düşünən insanlara hörmətlə yanaşmaq İslamın buyuruqlarındandır. İslam dininin məhəbbət üzərində qurulduğunu söyləyən natiq vurğulayıb ki, dünyada qısa müddətdə yaşayan insan imtahandadır və buna görə davranmalıdır. Daha sonra məhkumları maraqlandıran suallar cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Noyabr, 2017 17:52 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |