|
|
Hacı Şahin Həsənli - Ərbəin yeni həyat tərzinin nümayişidirBu gün Ərbəindir- şəhidlər sərvəri, İmam Hüseyn(ə)ın və Kərbəla şəhidlərinin şəhadətindən 40 gün keçir. Dünyada ən böyük izdihamla qeyd olunan gün məhz Ərbəin günüdür. Bu günlərdə Kərbəlaya milyonlarla müsəlman toplaşır. Ahlibeyt.az olaraq dəyərli alim Hacı Şahin Həsənlinin "Ərbəin"lə bağlı münasibətini təqdim edirik İnsan mənfəəti ,eqoizm üzərində qurulan liberal düzənə alternativ olan,məhəbbət və fədakarlığa əsaslanan yeni hərəkat doğulmaqdadır.Bu yürüş dünya düzəninə meydan oxumaqdır.Əsrlər boyu insana aşılanıb ki,hər şey sənin mənfəətinə xidmət etməlidir,xoşbəxtliyin öz eqonu təmin etməyindədir. Hal-hazırda isə liberal düzən böhran keçirməkdədir.Belə bir şəraitdə xoşbəxtliyi tam fərqli yozumda təqdim edən bir məktəb dirçəlməkdədir,imam Hüseynin Kərbəlasının timsalında.Bu məktəbin ideyalarının praktiki təzahürü ərbəin yürüşüdür.Bunun mahiyyətinin hər bir əzadar tərəfindən elmi şəkildə başa düşülməsi vacib deyil. Ərbəin yeni həyat tərzinin nümayişidir,müasir dünyaya tanış olmayan bir fədakarlıq fəzası yaradır.Bu hərəkat tədricən qlobal xarakter alacaq və ümumbəşəri hərəkat halına gələcək.Bu artıq bir məzhəbə aid hərəkat olmaqdan çıxacaq və dünyanın diqqətini cəlb edəcək.Bütün bunlar hər bir əzadarın bu fəlsəfəni anlamasını zəruri etmir,hətta ola bilər bu dində olmayanlar daha tez anlasın Kərbəlanın mahiyyətini.Çünki dünya postmodern düşüncədən yorulmuş bir durumdadır və bu şəraitdə Ərbəin hərəkatının çicəklənməsi təsadüfi deyil,şübhəsiz ki,ilahi hikmət var bu işdə. Məhz bu səbəbdən aparıcı KİV-lər Ərbəinlə bağlı xəbərləri qısqanclıqla işıqlandırır və önəmini kiçiltməyə çalışırlar.Bu fərqli dinə qarşı sadə qısqanclıq deyil,daha köklü məsələdir.İdeologiyalarına yad bir təfəkkür tərzinin təbliğindən çəkinirlər.Milyonlarla insanın fədakarcasına bir hədəfə doğru istiqamət alması,milyonların təmənnasız şəkildə qida və məskənlə təmin olunması müasir dünyada görünməmiş,möcüzəyə bərabər hadisədir. Əzadarların bütün bunları anlayıb anlamamasından asılı olmayaraq,bu hadisə artıq baş verməkdədir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Noyabr, 2017 13:24 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |