|
|
Kriminal xəbərlərin yayımlanması cəmiyyətdə sosial gərginliyi artırır - AMŞ sədriKriminal hadisələr media vasitəsilə ictimaiyyətə təsirini göstərir: "Kriminal xəbərlərin yayımlanması ilə gizli cinayətlərin sayı çoxalmağa başlayır Ahlibeyt.az-ın Salamnews-a istinadən xəbərinə görə, bunu Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Şuranın təşkilatçılığı ilə “Mediada kriminal hadisələrin işiqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda keçirilən dəyirmi masada deyib. F.Amaşov qeyd edib ki,"Dağlıq Qarabağ”, “Bakı – Tbilisi – Qars (BTQ) dəmiryolu”, “Fədayə Laçın” və “Qoca” ləqəbli kriminal avtoritet” sözlərini axtarışa verdik. Birinci yerdə “Fədayə Laçın”, ikinci yerdə “Dağlıq Qarabağ”, üçüncü yerdə “Qoca”, dördüncü yerdə “Bakı-Tbilis-Qars dəmiryolu” ifadələri yer almışdı. Bu, Azərbaycan mətbuatının mənzərəsini göstərən vəziyyətdir. O bildirib ki, kriminal hadisələr media vasitəsilə ictimaiyyətə təsirini göstərir: "Kriminal xəbərlərin yayımlanması ilə gizli cinayətlərin sayı çoxalmağa başlayır, cəmiyyətdə sosial gərginlik artmış olur, tolerantlıq azalır. Belə ki, kriminal xəbərlərdə cinayətkarlar qəhrəman kimi təqdim olunur. Cinayətkarların "romantikcəsinə" təbliğ olunması nəticəsində cəmiyyətdə yeniyetmələrin hüquqi prosesə qoşulmasında əngəllər yaranır. Kriminal xəbərlərin fonunda ən qorxulusu hüquq-mühafizə orqanları əməkdaşlarının düşmən obrazının yaradılmasıdır. Eyni zamanda, informasiyalar şişirdilir, cəmiyyətdə qorxu, xof yaradılır. Biz nəyə görə cinayətkarları qəhrəmanlaşdırırıq?!”, - deyə MŞ sədri bildirib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Noyabr, 2017 14:29 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |