|
“Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il” mövzusunda beynəlxalq elmi konfrans keçirilibAzərbaycan Milli Elmlər Akademiyasında Tarix İnstitutunun, “Azərbaycan Tarix Qurumu” və “Azərbaycan Tarixçiləri” ictimai birliklərinin təşkilatçılığı ilə “Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, beynəlxalq konfrans “1917-ci il fevral inqilabından sonra Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət”, “Rusiya müsəlmanlarının I qurultayı”, “Oktyabr çevrilişi və Azərbaycan” və “Azərbaycan xalqının və Rusiya imperiyasının digər xalqlarının azadlıq hərəkatı” adlı dörd bölmədə fəaliyyət göstərib. Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən - Albaniya, Türkiyə, Rusiya, Özbəkistan, Polşa, Finlandiya və başqa ölkələrdən olan alimlər elmi məruzələrini təqdim ediblər. AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqın tarixində ən şanlı səhifələrdən biridir: "Dünyada yeni demokratik respublikaların yarandığı dövrdə Xalq Cümhuriyyəti parçalanmış Azərbaycan torpağında xalqımızı ayağa qaldıraraq dünyanın ən demokratik dövlətini yaratdı. Bu gün dünyaya cəsarətlə söyləyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyəti o zaman üçün təkcə şərqdə demokratik parlamentli respublika olaraq qalmayıb, eyni zamanda dünya tarixində ən demokratik respublika idi. Bunun da tarixi səbəbləri ondan ibarət idi ki, Azərbaycanın şimalı Rusiya kimi dəhşətli imperiyanın istibdadı altında zülmün bütün formalarını öz taleyində sınadığı üçün bizim xalqımızın övladları elə bir respublika yaratdılar ki, təkcə Rusiya üçün yox, Avropaya da nümunə oldu. Cümhuriyyətin xalqımızın tarixindəki ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, Gülüstan və Türkmənçayda parçalanmış Azərbaycan xalqı sübut etdi ki, onu daim zülm altında saxlamaq mümkün deyil. Azərbaycanın şimal torpaqlarına Azərbaycan adının dövlət səviyyəsində verilməsi Cümhuriyyətlə bağlı idi". Alimlər Tofiq Mustafazadə, Fəzail İbrahimli, İradə Bağırova, Sevinc Əliyeva, Atilla Jorma və başqaları qeyd ediblər ki, 1917-ci ilin noyabrında Bakıda və bütünlüklə Bakı quberniyasında hakimiyyəti ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi qanlı daşnak-bolşevik rejimi qabaqcadan xüsusi hazırlıq apararaq, düşünülmüş və planlı şəkildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktı həyata keçirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Noyabr, 2017 12:36 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |