|
|
Dövlət Komitəsi dini icmaların layihələrini maliyyələşdiribOktyabrın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) layihələri maliyyələşdirilmiş dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib. Ahlibeyt.az-ın komitənin mətbuat xidmətinə istinadən məlumatına görə,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) layihələri maliyyələşdirilmiş dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı mütəmadi olaraq bu cür layihələrə dövlətin birbaşa dəstəyinin din sahəsinə olan diqqətin bariz nümunəsi olduğunu vurğulayıb. O, eyni zamanda həyata keçiriləcək layihələrin məqsədindən də bəhs edib. Layihələr çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənclərə ənənəvi İslam dəyərləri, radikal dini cərəyanlar və onların fəsadları barədə məlumatların verilməsi məqsədilə respublikanın regionlarında müxtəlif tədbirlərin həyata keçirilməsinin, maarifləndirici ədəbiyyatların çap edilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Layihələri maliyyələşdirilən Quba rayonu Ağbil kənd məscidi dini icması “İslam həmrəyliyinin Azərbaycan modeli: keçmişdən müasir dövrə”, Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icması “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz”, Göygöl şəhəri “Heydər” məscidi dini icması “İslam həmrəyliyi sülhə və tolerantlığa çağırır", Ağstafa rayonu Dağ Kəsəmən kəndi “Eyyub ağa” məscidi dini icması “İslam həmrəyliyi sülhə və əmin-amanlığa çağırışdır”, Qazax şəhəri “Cümə” məscidi dini icması dini “İslam dini sülh, həmrəylik və qardaşlıq dinidir”, Salyan rayonu Şorsulu kənd məscidi dini icması “İslamda həmrəyliyin əhəmiyyəti”, Lənkəran rayonu Ləj kənd məscidi dini icması “İslam humanizm və həmrəylik dinidir”, Beyləqan rayonu Qarallar kənd məscidi dini icması “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində”, Salyan rayonu Kürsəngi kənd “Hacı Səftər” məscidi dini icması “İslam həmrəyliyi – sülhə aparan yol”, Masallı rayonu Miyankü kənd məscidi dini icması “İslam dini: sülh və vəhdətə çağırış” mövzularında maarifləndirmə tədbirləri həyata keçirəcəklər. Dini icma sədrləri çıxış edərək dindarlar üçün yaradılmış hüquqi-mənəvi şəraitə, mövcud ictimai-siyasi sabitliyə görə Prezident İlham Əliyevə səmimi minnətdarlıq hisslərini ifadə ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2017 16:52 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |