|
|
“Şamaxı Cümə məscidi ” adlı kitab nəşr olunub Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Şamaxı Cümə məscidi ” adlı kitab nəşr olunub.
Ahlibeyt.az-ın məlumatına görə, kitabda müəlliflər Cənubi Qafqazın ən qədim məscidi olan Şamaxı Cümə məscidinin tarixi barədə mənbələrə əsaslanan araşdırma aparıb, bu qədim abidənin uzun tarixi dövrünü təqib ediblər.
Kitabda Şamaxı cümə məscidinin tarixi, bərpası və yenidən qurulması barədə məlumatlar və fotoşəkillər də öz əksini tapıb.
Fotoşəkillərlə zəngin və müxtəlif bölmələrdən ibarət olan kitabda Şamaxı Cümə məscidinin ermənilər tərəfindən yandırılması barədə də geniş məlumat verilib. Qeyd olunub ki, Şamaxıda 1918-ci ildə mart soyqırımının başlandığı dövrdə Stepan Lalayevin rəhbərliyi ilə “Daşnaksütyun” partiyası nümayəndələrinin dinc müsəlman əhaliyə qarşı törətdikləri qırğınlar zamanı təmiri hələ tamamlanmayan məscid də yandırılmış və ciddi zədələnmişdir.
Nəşrdə, eyni zamanda milli-mənəvi dəyərlərimizin təbliğində böyük xidmətləri olan Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun qayğısı sayəsində məscidin əsaslı bərpası və yenidənqurması haqqında oxuculara geniş məlumat verilir. Kitabda Prezident İlham Əliyevin Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində iştirakından da bəhs olunub.
Bir çox faktlara söykənən, Azərbaycan mənəvi və mədəni irsinin gözəl incilərindən hesab edilən Şamaxı Cümə məscidi barəsindəki əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, Rəhim Rəhimli və Cavid Əhmədovun müəllifləri olduğu, nəfis tərtibatda işıq üzü görən kitabın ön sözü Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanova məxsusdur.
![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2017 11:43 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |