|
|
“İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı ərəb dilində çap edilibDini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ermənistan tərəfindən maddi-mədəniyyət abidələrimizə qarşı törədilən vandalizm hərəkətlərinin, maddi irsimizin məhv edilməsi və işğal altında qalan tarixi-dini abidələrimizin tam sayının, mövcud vəziyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparıb.
Ahlibeyt.az-ın məlumatına görə,Beynəlxalq təşkilatlarda, eləcə də xarici ölkələrdə təşkil edilən sərgilərdə həmin abidələrin - məscid, ziyarətgah və alban məbədlərinin işğaldan öncə və sonrakı fotolarını nümayiş etdirib.
Eyni zamanda konfranslar təşkil edib, bu mövzuda müxtəlif dillərdə kitab və fotoalbomlar hazırlayıb. Həmin nəşrlərdən biri – Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun müəllifi olduğu “İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı Azərbaycan dili ilə yanaşı, ingilis və fars dillərində nəşrə hazırlanıb. Bu il isə kitab ərəb dilində çap edilib.
Ərəb dilində çap edilən foto-kitabın əsas məqsədi erməni vandalizmi barədə dünya ictimaiyyətini, eləcə də müsəlman aləmini bir daha məlumatlandırmaqdır.
Ümid edirik ki, tarixi Azərbaycan torpağı olan Qarabağdakı mədəni və mənəvi irsimiz barədə tutarlı mənbələrdən birinə çevriləcək kitab həqiqətin carçısı qismində də çıxış edə biləcəkdir.
![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Oktyabr, 2017 12:13 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |