|
Qəbələ şəhər Cümə məscidi dini icması maarifləndirici tədbir keçiribOktyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qəbələ şəhər dindarlarının məscidi dini icmasının həyata keçiridiyi “İslam həmrəylik dinidir” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Ahlibeyt.az-ın dövlət komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində təşkil edilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, Qəbələ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdi müavini - dini qurumlarla işin təşkilatçısı Absalam Hüseynov, Resurs ve Təlim Mərkəzininin direktoru Anar Məhərrəmov, Qəbələ şəhər Cümə məscidi dini icmasının üzvü Laçın Ağalarov, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qəbələ Regional QHT-lərin Resurs ve Təlim Mərkəzininin direktoru Anar Məhərrəmov layihəni yüksək qiymətləndirərək bu istiqamətdə davam edən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb. DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov Azərbaycanda dövlət-din münasibətlərindən, müsəlman aləmində, eləcə də dünyada sabitliyin və dayanıqlı sülhün təmin edilməsi üçün İslam həmrəyliyinin, millətlər və dinlərarası dialoqun inkişaf etdirilməsinin vacibliyindən danışıb. Daha sonra çıxış edən dini icmanın üzvü Laçın Ağalarov qeyri-ənənəvi radikal dini cərəyanların zərərləri haqqında danışıb, onlarla mübarizədə ənənəvi dini dəyərlərin inkişafının əhəmiyyətini xüsusi vurğulayıb. Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filminin nümayişi olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Oktyabr, 2017 11:15 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |