|
Bazar günü bəzi telefon və kompyüterlərdə saatlar avtomatik geri çəkilə bilər - DiqqətBazar günü, oktyabrın 28-dən 29-a keçən gecə, dünyanın təxminən 70 ölkəsində qış vaxtına keçid edilməsi üçün saatların əqrəbləri bir saat geri çəkiləcək. Ahlibeyt.az-ın məlumatına görə,dünyanın 130-dək ölkəsində, o cümlədən Azərbaycanda saatların əqrəbləri geri çəkilməyəcək. Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarına əsasən isə keçən il 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilib. Beləliklə, Azərbaycanda qış vaxtı qüvvədə qalıb. AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Bunu nəzərə alaraq, Nazirlər Kabineti müvafiq qərar qəbul edib. Oxucuların diqqətinə çatdırırıq ki, oktyabrın 29-da bir sıra telefon, o cümlədən smartfonlarda,planşet, kompyuter və digər İKT sistemlərində saatların avtomatik olaraq bir saat geri çəkiləcəyi istisna edilmir.Buna görə də internet və digər sistemlərə quşulmuş saatlarınızı - divar, mexaniki və ya kvars sistemli saatlara uyğunlaşdırmağı unutmayın! Qeyd edək ki,Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq AMEA-nın təklifi ilə ləğv olunub. Xatırladaq ki,Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqınd” 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Oktyabr, 2017 12:00 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |