|
Səudiyyə Məkkəni müasirləşdirmək istəyir - ƏTRAFLISəudiyyə Ərəbistanı Məkkə şəhərinə dair planlarını açıqlayıb. Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanı rəhbərliyi İslam dünyasının ən əsas şəhəri hesab edilən Məkkəni müasirləşdirmək niyyətində olduğunu bəyan edib. "Gələcək sərmayə təşəbbüsü" adlı beynəlxalq forumda Məscidül-Haramın gələcəkdəki görkəmi haqda videoçarx nümayiş etdirilib. Məlum olub ki, səudiyyəli ekspertlər Kəbə üzərində açılıb-bağlanan örtük tikməyi planlaşdırırlar. Bu təşəbbüs isə birmənalı qarşılanmayıb. Müsəlmanlar bildiriblər ki, bu "İslamın ən müqəddəs məkanlarından birinin tarixi xarakterini məhv edəcək". Onların sözlərinə görə, müsəlmanlar açıq səma altında ibadət etməlidirlər. Qeyd etmək lazımdır ki, Məkkə və Mədinə şəhərləri UNESCO-un Ümumdünya mirası hesab edilmədiyi üçün, Səud rəhbərliyi burada istədikləri işləri apara bilirlər. Kəbə üzərində örtüyün tikilməsi isə tezliklə baş verəcək yeganə dəyişiklik olmayacaq. Belə ki, ibadət üçün 6 yeni mərtəbənin tikilməsi ilə Məscidül-Haram kompleksinin ərazisinin genişləndirilməsi də planlaşdırılır. Bundan başqa, burada əlavə 21 min ayaqyolu, 860 eskalator və məhdud fiziki imkanlara sahib insanlar üçün 24 lift də istifadəyə veriləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Oktyabr, 2017 17:18 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |