|
|
Sumqayıt məktəblilərinə “Şəhadət” nümayiş etdirilibOktyabrın 25-də Sumqayıt şəhər 1 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş "Şəhadət" sənədli filmi nümayiş etdirilib. Ahlibeyt.az-ın dini komitənin mətbuat xidmətinə istinadən məlumatına görə,tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Yalçın Abdullayev, məktəbin direktoru Ruhiyyə Tağıyeva, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəb direktoru bu tipli maarrifləndirici tədbirlərin şagirdlərin milli-mənəvi dəyərlərimizə bağlı ruhda böyüməsinə müsbət töhfə verdiyini bildirib. Qeyd edib ki, gənclərimizi radikal düşüncələrdən kənar tutmağın başlıca yolu onların maariflənməsi və savadlanmasıdır. Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Yalçın Abdullayev ölkəmizin uzun illərdir ki, erməni terroruna məruz qaldığını və ermənilər tərəfindən dini abidələrimizin dağıdıldığını qeyd edib. O, həmçinin bildirib ki, Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” filmi Vətən uğrunda şəhid olan qəhrəmanlarımıza həsr olunub, filmdə dini radikalizm və ekstremizmin fəsadlarından bəhs olunur. "Şəhadət" sənədli filmi izləndikdən sonra iştirakçıların sualları cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Oktyabr, 2017 13:47 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |