|
“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin təqdimatı olub“Azərbaycan ədəbiyyatı tarixi” proqramına əsasən hazırlanmış dərslik ali məktəblərin Filologiya fakültəsinin tələbələri üçün tərtib edilib. Ahlibeyt.az-ın məlumatına görə,oktyabrın 24-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı” adlı yenidən nəşr olunmuş kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq görkəmli alimin mənalı ömür yolu və elmi-pedaqoji fəaliyyətindən söhbət açıb. Bildirib ki, Azərbaycan ziyalılarının böyük bir qisminin müəllimi hesab olunan F.Qasımzadə çoxsaylı dərsliklərin müəllifidir. Sonra İsa Həbibbəyli “XIX əsr Azərbaycan ədəbiyyatı” kitabı haqqında məlumat verib. Qeyd edib ki, 1974-cü ildə işıq üzü görmüş bu dərslik 40 ildən çoxdur ali məktəb tələbələri və müəllimlərin stolüstü kitabına çevrilib. Bu yaxınlarda isə həmin kitab BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova tərəfindən təkmilləşdirilərək yenidən çap olunub. Yeni nəşrdə "XIX əsrin I yarısı - 1930-1940-cı illər Azərbaycan ədəbiyyatı", "1950-1960-cı illər Azərbaycan ədəbiyyatı" və "1970-1990-cı illərdə Azərbaycan ədəbiyyatı" adlı fəsillərdə geniş araşdırmalar aparılıb. Kitabda A.Bakıxanov, M.Ş.Vazeh, Q.Zakir, Ə.Nəbati, M.F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov kimi görkəmli yazıçılar haqqında ayrı-ayrı oçerklər yer alıb. Dərsliyin yenidən işıq üzü görməsində böyük əmək sərf etmiş, kitabı yenidən nəşrə hazırlayan, professor Yeganə İsmayılova isə öz çıxışında bu unikal və zəngin məlumatlarla dolu dərsliyin yenidən çap olunmasının əhəmiyyətini qeyd edib. Sonra mərhum alimin tələbəsi, akademik Vasim Məmmədəliyevin müəllimi ilə bağlı fikirlərini bölüşdüyü video-çarx nümayiş etdirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Oktyabr, 2017 10:27 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |
|