|
|
İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyəti müzakirə olunubDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə İsmayıllıda "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri" mövzusunda seminar-müşavirə keçirilib. Ahlibeyt.az-ın dövllət komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, müşavirədə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, şöbənin əməkdaşı Elnur Mehdiyev, QMİ-nin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, dini icma sədrləri, eyni zamanda, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov seminar-müşavirənin əhəmiyyətini qeyd edərək İslam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğ olunmasının, bu sahədə maarifləndirmə işinin təşkilinin daha da gücləndirilməsinin zəruriliyi, habelə dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial məsələlərin həlli prosesinə cəlb edilmələri barədə ətraflı danışıb. Mirdaməd Sadıqov rayonda bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticələrindən söhbət açıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı İslamın tarixi, milli-mənəvi dəyərlərimizdə yeri, nümunəvi dövlət-din münasibətləri barədə danışıb. Bildirib ki, ölkəmizdə dinlə bağlı düzgün dövlət siyasətinin formalaşması, dini maarifçiliyin yüksək səviyyədə təşəkkül tapması vətəndaşlarımızın dini şüur səviyyəsini, İslama doğru yanaşmasını və baxışını təkmilləşdirib. S.Salahlı vurğulayıb ki, müsəlman aləmində baş verən ziddiyyətlər fonunda Azərbaycan müasir inkişaf xətti ilə seçilir, ölkəmizdə sülh və etimad mühiti qorunur. O, məhz bu səbəblərə görə ölkəmizdə bu ilin “İslam Həmrəyliyi İli” elan olunmasının təsadüfi olmadığını diqqətə çatdırıb. İsmayıllı RİH başçısının birinci müavini Rövşən Ağayev rayondakı dini durum barədə məlumat verib, dini radikalizmə qarşı mübarizədə dini icmaların birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Daha sonra QMİ-nin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu olduğunu diqqətə çatdırıblar. Seminar-müşavirənin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Oktyabr, 2017 14:28 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |