|
|
“Ərəb dilinin üslubiyyatı və nitq mədəniyyəti” adlı kitabın təqdimatı keçirilibMisirin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Ərəb dilinin üslubiyyatı və nitq mədəniyyəti” adlı kitabın təqdimatı mərasimi keçirilib. Kitabın müəllifi Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi, professor Nəsrulla Məmmədovdur. Ahlibeyt.az-ın SalamNews-a İstinadən məlumatına görə, mərkəzinin rəhbəri Əhməd Sami Elaydi bildirib ki, kitab müasir ərəb dilinin tədrisində və nəzəri cəhətdən öyrənilməsində, müasir ərəb dilinin tədrisinin metodikasının dəqiqləşdirilməsində, tərcümə nəzəriyyəsi və praktikasında və ayrı-ayrı dillərin funksional-üslubi bölgüsünün aparılmasında faydalı ola bilər. Təqdimat mərasimində AMEA Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov, AMEA Əlyazmalar İnstitutunun ərəb əlyazmalarının tədqiqatı şöbəsinin müdiri, professor Kamandar Şərifov, Azərbaycan Dillər Universitetinin Ərəb dili müəllimi Ülviyyə Hüseynova, BDU Ərəb filologiyası kafedrasının dosenti Könül Məmmədova və BDU-nun Ərəb filologiyası kafedrasının baş müəllimi Fidan Rzayeva çıxış ediblər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Oktyabr, 2017 12:30 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |