إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Xətainin qılıncı və qələmi” mövzusunda respublika konfransı keçiriləcək

Şah İsmayıl Xətainin anadan olmasının 530 illiyinə həsr olunan “Xətainin qılıncı və qələmi” mövzusunda respublika konfransı keçiriləcək

Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, 23 noyabr 2017-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan xalqının ictimai-siyasi və mədəni yüksəlişində müstəsna xidmətləri olan dövlət xadimi, şair Şah İsmayıl Xətainin anadan olmasının 530 illiyinə həsr olunan “Xətainin qılıncı və qələmi” mövzusunda respublika konfransı keçiriləcək.

Konfrans  mövzuları:

- Şah İsmayıl Xətainin ədəbi irsi və orta əsrlər Azərbaycan ədəbiyyatının problemləri;

- Azərbaycan dövlətçilik tarixində Şah İsmayılın yeri və Səfəvilər dövləti;

- Şah İsmayıl Xətai dövründə mədəni həyat və orta əsrlər Azərbaycanının kulturoloji problemləri;

- Şah İsmayıl Xətai dövrü və sonrakı əsrlərdə təzkirəçilik, salnaməçilik və tərcümə sənətinin başlıca simaları, mühüm əsərləri və yaratdıqları ənənələr;

- Şah İsmayıl Xətai dövründə Azərbaycan əlyazma sənəti və orta əsrlər miniatür, kaliqrafiya, kitab tərtibi sənətinin inkişaf mərhələləri;

- Şah İsmayıl Xətai dövründə və orta əsrlər Azərbaycanında ana dili və terminologiya problemləri;

- Şah İsmayıl Xətai dövründə və orta əsrlər Azərbaycanında dövlət və ordu quruculuğu məsələləri;

- Səfəvilər dönəmi Azərbaycan xarici siyasətinin başlıca istiqamətləri və orta əsrlər Azərbaycan diplomatiyasının problemləri;

-  Şah İsmayıl Xətai və Azərbaycan Səfəvilər dövləti dünya tarixşünaslığı və filoloji fikrində;

- Səfəvilər dövründə fəlsəfi-dini təriqət və cərəyanlar orta əsrlər Azərbaycan ictimai-siyasi və fəlsəfi fikir kontekstində.

Məruzələrin tərtibatına dair tələblər:

- Məruzənin adı iri hərflərlə, Times New Roman, 12 şriftlə, 1,5 intervalla, sağ və soldan 20 mm yuxarı və aşağıdan 20 mm məsafə saxlanılmaqla çap olunmalıdır;

- Tezisin mətni ingilis dilində xülasə olmaqla 2 səhifəyə qədər olmalıdır;

- Mətnin əvvəlində məruzənin adı, müəllifin adı, soyadı, atasının adı, iş yeri və elektron ünvanı göstərilməlidir.

Məruzə tezislərinin qəbul olunması üçün son tarix: 5 noyabr 2017-ci il

Əlaqə:

Ünvan: AZ1005, Bakı şəhəri, İstiqlaliyyət küç., 53

Tel.: (994 12) 492 3179

E-poçt: : shahismayil.konfrans@gmail.com

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Oktyabr, 2017  11:13 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!