إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli ölkəmizdə keçirilən Aşuradan və 4000 nəfərə ehsan edilən Ərbəin ziyarətindən danışdı - VİDEO

İlahiyyatçı ölkəmizdə din-dövlət münasibətlərinin istiqamətlərinə toxunaraq radikalizm əleyhinə aparılan maarifləndirici tədbirlərin müsbət nəticələrinin olduğunu qeyd etmişdir.

Ahlibeyt.az-ın məlumatına görə,İlahiyyatçı Hacı Şahin Həsənli  QlobalTV-yə verdiyi müsahibədə dövlət-din münasibətlərinə,qarşıdan gələn "Ərbəin" ziyarətinə getməyə hazırlaşan Azərbaycan zəvvarları üçün ayrılan 4 min nəfərlik yerlər və bu il Kərbəlada Ərəfə günü keçirilən mərasimdən danışıb.

Şahin Həsənli qeyd edib ki,bu il Ərəfə günü Kərbəlada azərbaycanlı və türkdilli zəvvarlar üçün mərasim təşkil olunub. Mərasim çərçivəsində İmam Hüseynin(ə) müqəddəs hərəmində Azərbaycan şəhidlərinin şəkilləri nümayiş olunub və zəvvarlara ərəb, ingilis dillərində şəhidlər haqqında məlumat verilmişdir.

İlahiyyatçı müsahibə zamanı Ərbəin ziyarətinə gedən 4 min zəvvara pulsuz yerlərin ayrılmasının bəzi mətbu orqanlarında təhrif olunaraq və təhlükəli tendesiya kimi təqdim etməsinə də toxunmudur.

Müsahibənin tam versiyası:

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Oktyabr, 2017  15:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!