|
|
Azərbaycan din xadimlərindən ibarət nümayəndə heyəti Özbəkistanda səfərdədirOktyabrın 18-də Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Özbəkistan Nazirlər Kabineti yanında Dini İşlər üzrə Komitənin və Özbəkistan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycandan tanınmış elm, mədəniyyət və din xadimlərindən ibarət nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, deputat Cavanşir Paşazadə və digərləri daxildir. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Özbəkistanın rəsmi şəxsləri ilə görüşləri də nəzərdə tutulub. Nümayəndə heyətinin Buxara və Səmərqəndə getməsi də planlaşdırılır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Oktyabr, 2017 14:48 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |