|
|
Naxçıvan şəhərində yeni məscid tikilirHazırda Naxçıvan şəhərində yeni məscid binası inşa olunur. Ahlibeyt.az-ın məlumatına görə, İslam.az Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istiandən xəbər verir ki, məscid binası ibadət zalından, 40 metrlik iki minarədən, qızlar və oğlanlar üçün iki mədrəsədən və kitabxanadan ibarət olacaq. Hazırda minarələrin və günbəzlərin tikintisi aparılır. 15 günbəzli məsciddə eyni vaxtda 2 min nəfər ibadət edə biləcək. Ərazidə Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunur. İnzibati binada iş otaqları, tədbirlər zalı, kəbin otağı, kitabxana və bufet istifadəyə veriləcək. Mərasim binasında isə hər biri 224 yerlik iki zal fəaliyyət göstərəcək. Məscid binasının həyətində abadlıq işləri aparılacaq, mərkəzi isitmə sistemi qurulacaq və dəstəmaz yerləri yaradılacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Oktyabr, 2017 14:24 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |