|
Ermənsitan silahlı qüvvələri atəşkəs rejimini 105 dəfə pozubErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 105 dəfə pozub. Ahlibeyt.az-ın Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadən məlumatına görə,Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Vazaşen kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Oktyabr, 2017 11:21 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |