|
|
DQİDK yanında İctimai Şuranın yaradılması prosesinə başlanıbAzərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, Komitənin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə Dövlət Komitəsi yanında İctimai Şuranın yaradılması prosesinə başlanılıb. Ahlibeyt.az-ın dovlət komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, DQİDK yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinin vaxtı elan edilib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2.1-ci bəndini nəzərə alaraq, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 207 nömrəli, 05.10.2017-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Seçki Komissiyası yaradılıb. Seçki Komissiyası tərəfindən İctimai Şuranın üzvlərinin say həddi və İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət müəyyən edilib. Belə ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi üçün 12 oktyabr 2017-ci il tarixindən 10 noyabr 2017-ci il tarixinədək qeydiyyat aparılacaq. Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir: namizədin şəxsiyyət vəsiqəsinin surəti; namizədin tərcümeyi-halı; namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti. Bütün bunlardan əlavə, namizəd barədə ətraflı məlumat verən digər sənədlər də təqdim oluna bilər. Seçki ilə əlaqədar Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə üzrə Dövlət Komitəsinin rəsmi internet poçt ünvanına (press@scwra.gov.az) və ya Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edilə bilər. Ünvan: Bakı şəhəri, Əhməd Cavad 12 Tel: (994 12) 437-31-15
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Oktyabr, 2017 14:29 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |