|
|
AMEA: Avropa dilləri ilə yanaşı, Türkiyə türkcəsindən də Azərbaycan dilinə sözlər daxil olur“Dilçilik İnstitutunun apardığı monitorinqlərin nəticəsi göstərir ki, Azərbaycan dilinin daxili imkanları hesabına yaranmış sözlərin olmasına baxmayaraq, bəzi aparıcılar, yazarlar yeri gəldi-gəlmədi xarici terminlərdən istifadə edirlər”. Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan dilinin müasir problemləri: reallıqlar və vəzifələr” mövzusunda konfransda deyib. Onun sözlərinə görə, xarici terminlərdən istifadə edən aparıcılar özlərini savadlı göstərmək üçün belə edirlər. Akademik bildirib ki, Avropa dilləri ilə yanaşı, Türkiyə türkcəsindən də Azərbaycan dilinə sözlər daxil olur: “Hansı ki, o sözlərin Azərbaycan dilində qarşılığı var. Buna görə də dilimizin alt qatında, arxaikləşən sözlər yenidən aktivləşdirilməlidir”. 2013-cü ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ni tələsik nəşr adlandıran İ. Həbibbəyli qeyd edib ki, Azərbaycan dilinin orfoqrafiya qaydalarına yenidən baxılmalıdır: “2013-cü il nəşrinə alınma sözlər daxil edilib. Hazırda yeni orfoqrafiya qaydaları hazırlanıb və bu qaydalar müvafiq komissiyanın müzakirəsinə təqdim ediləcək”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Oktyabr, 2017 18:33 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |