|
|
Ziyafət Əsgərov: Mən Aşurada ciddi təhdid görmədimBəzən Azərbaycanda dini radikalizm mövzusu çox şişirdilir. Özü də mətbuat bunu şişirdir. Ahlibeyt.az-ın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov APA-ya müsahibəsi zamanı bildirib. - Son vaxtlar Azərbaycanda dini radikalizm təhlükəsindən danışılır. Xüsusilə son Aşura mərasimində bu məsələ daha çox qabardıldı və körpə uşaqların mərasimlərə cəlb edilməsinin ciddi təhlükədən xəbər verildiyi bildirildi. Siz nə düşünürsünüz? - Bəzən Azərbaycanda dini radikalizm mövzusu çox şişirdilir. Özü də mətbuat bunu şişirdir. Mən Azərbaycanda dini radikalizmdən doğan təhlükə görmürəm. Bu mövzu haradan gəlir, haradan qaynaqlanır, bunu niyə şişirdirlər, anlamıram. Bəli, Azərbaycandan Suriyaya döyüşməyə gedənlər var. Amma getmək hələ o demək deyil ki, Azərbaycanda konkret dini radikal mühit var. Mən bu fikirlə razılaşmıram. Bizim ötən il qanunvericilikdə də dəyişiklik oldu ki, başqa ölkəyə din adı altında döyüşməyə gedənlərə qarşı konkret tədbirlər görülsün. Yəni biz artıq hüquqi həll yollarını yaratmışıq. O ki qaldı Aşura günü ilə bağlı narahatlığa, Azərbaycan Konstitusiyasına zidd nə olacaqsa, qarşısı alınacaq. Amma mən Aşurada ciddi təhdid görmədim. Mən bu məsələyə yalnız bu qədər cavab verirəm.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Oktyabr, 2017 11:52 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |