|
Dövlət komitəsi: Aşura mərasimi ümumilikdə sabit keçibDini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib. Müşavirədə DQİDK-nın sədri, sədr müavinləri, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər. Ahlibeyt.az-ın Dövlət komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, gündəliyə uyğun olaraq əvvəlcə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun “Tasua” və “Aşura” günü məscidlərdə aparılan xüsusi monitorinqlər barədə hesabat məruzəsi dinlənilib. Şöbə müdiri qeyd edib ki, DQİDK sədrinin əmri ilə Tədbirlər Planı hazırlanıb və həmin plana uyğun olaraq ardıcıl tədbirlər həyata keçirilməklə yanaşı, dini mərasimlərin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məhərrəmliklə bağlı qəbul etdiyi fətvada irəli sürülmüş şəri qaydalar əsasında keçirilməsi istiqamətində İslam dini icmalarının sədrləri, din xadimləri ilə müvafiq söhbətlər aparılıb, hər bir bölgənin yerli xüsusiyyətləri nəzərə alınmaqla qabaqlayıcı tədbirlər görülüb. Aşura mərasimlərinin sivil, milli adət-ənənələrimizə uyğun formada keçirilməsi istiqamətində həm QMİ, həm yerli icra hakimiyyətləri, həm də hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə müvafiq tədbirlər həyata keçirilib. Ə.Zülfüqarovun sözlərinə görə, “Tasua” və “Aşura” günlərində məscidlərdə xüsusi monitorinqlər təşkil olunub, Dövlət Komitəsinin rəhbərliyi də daxil olmaqla, əməkdaşları respublika üzrə məscid və ziyarətgahlarda keçirilmiş mərasimlərdə iştirak edərək, yaxından müşahidələr aparıblar. DQİDK-nın əməkdaşlarının respublikanın şəhər və rayonlarında apardıqları monitorinqlər, daxil olmuş məlumatların ümumi təhlilinin ilkin nəticələrinə əsasən, bu il Aşura mərasimi ümumilikdə sabit keçib, bəzi neqativ hallar istisna olmaqla, ciddi pozuntuya yol verilməyib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Oktyabr, 2017 10:54 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |