|
Bakıda “İslam Həmrəyliyi İli: Azərbaycandan çağırış” mövzusunda beynəlxalq konfrans keçirilibBakıda V Beynəlxalq Kitab-Sərgi yarmarkası çərçivəsində “İslam Həmrəyliyi İli: Azərbaycandan çağırış” mövzusunda beynəlxalq konfrans keçirilib. Ahlibeyt.az-ın məlumatına görə,ölkəmizin birgəyaşayış siyasətinin daha dərindən mənimsənilməsi məqsədilə keçirilən konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi təsadüfi deyil, bu, İslam dünyası üçün bir nümunədir. İslam coğrafiyası dünyanın böyük bir ərazisini təşkil edir. Dünyanın karbohidrogen ehtiyatlarının böyük hissəsi məhz müsəlman ölkələrinin payına düşür, bu cür böyük potensialın olmasına baxmayaraq, İslam dünyası bu gün istər Qərblə, istərsə də dünyanın digər güc mərkəzləri ilə müqayisədə geridə qalıb. Bu gün dünya üzrə ümumi daxili məhsulda müsəlman ölkələrinin payı cəmi iki faizdir. Bütün bunlardan sonra Prezident İlham Əliyevin “İslam Həmrəyliyi İli” çağırışı təkcə dinlə bağlı hesablanmış çağırış deyil. Qafqaz Müsəlmanlar İdarəsinin şöbə müdiri, Bakı Dövlət Universitetinin kafedra müdiri professor Anar İsgəndərov bildirib ki, “İslam” sözü başqa müsəlman ölkələrindən daha çox bizə doğmadır. Ölkəmiz İslam mədəniyyətinə, elminə böyük töhfələr verib. Əsrlər boyu dünya mədəniyyətinə və elminə misilsiz töhfələr vermiş müsəlmanlar, təəssüf ki, bu gün məzhəb ayrı-seçkiliyi, dini radikalizm, ekstremizm və terror kimi ciddi problemlərlə qarşılaşırlar. Azərbaycan xalqı bu gün də özünün zəngin tolerantlıq və multikulturalizm ənənələrini qoruyur, İslam həmrəyliyinə öz töhfələrini verir. “İslam Həmrəyliyi İli”nin məram və məqsədlərini qeyd edən Anar İsgəndərov bu çərçivədə görülən işlərin bütün dünya üçün sülhsevərlik örnəyi olduğunu diqqətə çatdırıb. Sonra DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov təqdimat ilə çıxış edib. Təqdimatda Azərbaycanın təklif etdiyi İslam həmrəyliyinin mahiyyəti və əhəmiyyəti, bu sahədə ölkəmizin təcrübəsi, eləcə də dünyada baş verən proseslər, İslam dünyasındakı mövcud problemlərin əsas səbəbləri, demoqrafik, iqtisadi və təhsil üzrə göstəricilər öz əksini tapıb. Konfrans müzakirələrlə davam etdirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Sentyabr, 2017 13:06 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |