|
İƏT tarixində ilk dəfə “Müsəlman gənclərin durumu” adlı hesabatı dinlənilibİstanbulda, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təşkilatçılığı ilə, İƏT tarixində ilk dəfə bu ildən başlayaraq keçirilən Gənclər Gününə həsr olunmuş “Müsəlman Gəncliyinin Durumu” adlı yüksək səviyyəli beynəlxalq konfrans keçirilib. Konfransda eyni zamanda İƏT üzv ölkələrin gənclərinin durumunu əks etdirən ilk tədqiqat hesabatının təqdimatı da olub. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Gənclər Forumundan SalamNews-a verilən məlumatda bildirilir ki, tədbirin rəsmi açılış mərasimində Azərbaycan, Turkiyə, Qətər, Fələstin dövlətlərinin Gənclər və İdman nazirlərinin, digər rəsmi qonaqların çıxış etdiyi Konfransda İƏT və BMT-nin yüksək səviyyəli təmsiliçiləri, İstanbulda fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri, 30-dan çox gənc iderləri və aparıcı gənclər təşkilatının nümayəndələri iştirak ediblər. Konfransda açılış nitqi ilə çıxış edən İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərov İslam dünyasının üzləşdiyi problemlərə diqqət çəkərək, bu problemlərin ilk qurbanlarının məhz gənclər olduğunu qeyd etməklə, həmin problemlərin həllinin müasir müsəlman gəncliyinin inkişafı, onların təhsil, işlə təmin olunma, iqtisadi müstəqillik perspektivlərinin genişləndirilməsindən keçdiyini bildirib. “Məhz bu baxımdan İƏT tarixində ilk dəfə həmkar strukturlar ilə birgə əsaslı tədqiqat nəticəsində hazırlanmış “Müsəlman Gəncliyinin Durumu” hesabatı gələcəyə yönəlmiş məqsədləri aydınlada bilər,” - E.İskəndərov əlavə edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Sentyabr, 2017 13:17 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |