إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Sosial şəbəkələrin cəmiyyətdə rolu və məktəblilərin internet təhlükəsizliyi” maarifləndirici tədbirlərə start verilib

Nəsimi rayonu İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə İ.Əbülhəsənov adına 42 saylı tam orta məktəbdə  yuxarı sinif şagirdlərinin, məktəb müəllimlərinin və valideynlərin iştirakı ilə “Sosial şəbəkələrin cəmiyyətdə rolu və məktəblilərin internet təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbirlərə start verilib.

Ahlibeyt.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva qeyd edib ki, bu gün sosial şəbəkə istifadəçilərinin sayı bütün dünyada olduğu kimi Azərbaycanda da artmaqdadır.Bütün yaş qruplarına aid insanlar, xüsusilə də yeniyetmə və gənclər sosial şəbəkələrdən geniş istifadə edirlər. Bəzi hallarda sosial şəbəkələrdən istifadə ciddi problemlərə səbəb olur. Yeniyetmə və gənclərin onlara aid olmayan səhifələrə daxil olaraq , yaş qrupları ilə uygunlaşmayan məlumatları əldə etmələri, müxtəlif neqativ hadisələrə gətirib çıxarır. Odur ki, yeniyetmə və məktəblilərin  internet təhlükəsizliyinin qorunması müəllim və valideynlərin əsas vəzifələrindən biri olmalıdır.Bu  yöndə yeniyetmə və gənclərin iştirakı ilə diskussiya xarakterli müxtəlif maarifləndirici tədbirlərin keçirilməsi vacib məsələlərdən biridir. Belə ki, onlar respublikamızda o, cümlədən Nəsimi rayonunda həyata keçirilən tədbirlər barədə məlumatları müntəzəm olaraq izləməli və sosial şəbəkələrdən vətənpərvərlik ruhunda tərbiyə məqsədi ilə istifadə etməlidirlər.

Tədbirdə çıxış edən İ.Əbülhəsənov adına  42 saylı tam orta məktəbin direktoru Firəngiz Həmidova  qeyd edib ki, belə maarifləndirici tədbirlərin keçirilməsinə ciddi ehtiyac var. Biz müəllimlər də çalışacağıq ki, məktəblilərin internet təhlükəsizliyinin qorunması üçün müxtəlif tədbirlərin keçirilməsini təmin edək.

Nəsimi rayon İcra Hakimiyyəti yeniyetmə və gənclərin sosial şəbəkələrdən lazımi səviyyədə istifadə etmələri üçün mütəmadi olaraq orta məktəblərdə və ali təhsil müəssisələrində maarifləndirici tədbirlərin keçirilməsini davam etdirəcək.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Sentyabr, 2017  11:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!