|
|
Allahşükür Paşazadə Türkiyəyə gedirQafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 23-də Türkiyəyə yola düşür. Ahlibeyt.az-ın QMİ mətbuat xidmətinə istinadən məlumata görə, səfərdə məqsəd Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Türkiyə Dəyanət İşləri Başqanlığı, İslam Əməkdaşlıq Təşkilatı İslam tarix, incəsənət və mədəniyyət tədqiqatları Mərkəzi (İRCİCA) və Türkiyə “Marmara” Universiteti ilə birlikdə bu ilin sentyabr ayının 25-də Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirəcəyi «İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında» mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi Ili çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda keçirilmiş beynəlxalq tədbirlərin ardınca İstanbulda baş tutacaq «İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında» mövzusunda Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Milli Məclis üzvləri, elm və din xadimlərindən ibarət nümayəndə heyəti iştirak edəcəkdir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Türkiyəyə səfəri çərçivəsində Türkiyə Diyanət İşləri Başqanı vəzifəsinə yeni seçilmiş d-r Əli Erbaş və digər nüfuzlu şəxslərlə görüşləri nəzərdə tutulub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Sentyabr, 2017 12:39 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |