|
|
Bakı Beynəlxalq Kitab Sərgi–Yarmarkası çərçivəsində çoxsaylı tədbirlər keçiriləcəkMədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən 30-dək Bakı İdman Sarayında V Bakı Beynəlxalq Kitab Sərgi–Yarmarkası keçiriləcək. Ahlibeyt.az-ın veridiyi xəbərə görə,Nazirlikdən SalamNews-a bildirilib ki, sərgi-yarmarkada iştirakla bağlı 100-dək yerli, 40-dan çox xarici nəşriyyat, kitab evi və digər təşkilatlar qeydiyyatdan keçib. Üç gün davam edəcək sərgi-yarmarka zamanı yerli və xarici nəşrlərin nümayişi və satışı ilə yanaşı, tanınmış yazarların oxucularla görüşü, kitab təqdimatları, yerli və xarici naşirlərin işgüzar toplantıları və digər çoxsaylı tədbirlər baş tutacaq. Sərgi-yarmarkaya ziyarətçi qismində qatılmaq və həmin tədbirlərdə iştirak sərbəstdir. Tədbirin proqramı olduqca zəngindir. Belə ki, sərgi–yarmarka çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin “Avtomat Kitab Köşkü”, “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihələrinin təqdimatının, Rusiyanın “ASKİ” Naşirlər Assosiasiyası və MDB-yə üzv dövlətlərin nəşriyyatlarının toplantısının, Kitabxanaçıların VI Ümumrespublika müşavirəsinin, Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasının, kolumbiyalı yazıçı Konrado Suluaqanın təqdimatında yazıçı Qabriel Qarsia Markezə həsr olunmuş “Tənhalığın Yüz İli” adlanan bir möcüzə” adlı tədbirin, “TÜRKSOY-Azərbaycan” və “Molla Pənah Vaqif dünya dillərində”, ingilis dilində nəşr olunmuş Nizami Gəncəvi “Leyli və Məcnun” kitablarının, gənc yazarların “imza günü”nün, “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” adlı beynəlxalq elmi konfransın, Moskva şəhərinin 870 illik yubileyinə həsr olunmuş tədbirin və çoxsaylı görüşlərin, təqdimatların keçirilməsi nəzərdə tutulur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Sentyabr, 2017 12:29 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |