|
QMİ sədri Türkiyənin yeni təyin olunmuş Diyanət İşləri Başkanına təbrik məktubu ünvanlayıbQafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Türkiyənin yeni təyin olunmuş Diyanət İşləri Başkanına təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli Əli Erbaş həzrətləri, Qardaş Türkiyə dövlətinin Sizə göstərdiyi böyük etimadın əlaməti olaraq Diyanət İşləri Başqanlığına təyin olunmanız barədə xəbəri böyük sevinc və məmnuniyyət hissilə qarşıladım. Uca Allaha şükürlər olsun ki, dili və dini bir olan, bir millət – iki dövlət anlayışı ilə yaşayan Azərbaycan və Türkiyə həyatın bütün sahələrində, o cümlədən dini-mənəvi sahədə də hər zaman eyni mövqedən çıxış edib və etməyə davam edir. Əminəm ki, Qafqaz Müsəlmanları İdarəsi ilə Diyanət İşləri Başqanlığının şanlı əməkdaşlıq tarixi Sizin verəcəyiniz önəmli töhfələrlə bundan sonra daha da zənginləşəcək, qurumlarımız arasındakı fikir birliyi, qarşılıqlı ehtiram və anlayış daha da dərinləşəcəkdir. Ulu Tanrının izni ilə yaxın bir zamanda dəyərli Şəxsinizlə bir araya gələrək gələcəkdə atacağımız birgə addımları müzakirə edəcəyimizi ümid edirəm. Allah Taala Sizə qardaş Türkiyə Cumhuriyyətinin və Türk xalqının çiçəklənməsi və rifahı naminə, bütün İslam ümmətinin işıqlı gələcəyi naminə səylərinizdə, tutduğunuz şərəfli və məsuliyyətli vəzifənizdə kömək olsun!” Mənbə:Qafqazislam.com Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Sentyabr, 2017 16:42 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |