|
|
İlahiyyatçı Zülfiqar Mikayılov və Elman Ağayevə cəza istənildiMəhkəmənin yekun iclası keçirilib - İlahiyyatçılara cəza istənildi Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs olunan ilahiyyatçılar Zülfiqar Mikayılov, Elman Ağayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənlərə cəza istəyib. O, Hacı Zülfüqar Mikayılovun 18 il, Elman Ağayevin 15 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib. Dövlət ittihamçısı həmçinin digər təqsirləndirilənlərə də 10 ildən artıq cəza istəyib. Proses sentyabrın 25-də davam etdiriləcək. Xatırladaq ki, təqsirləndirilənlər Nardaran qəsəbəsində baş verən hadisələrdən sonra həbs olunublar. Onlar Cinayət Məcəlləsinin bir neçə ağır maddələri ilə ittiham edilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Sentyabr, 2017 14:55 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |