|
4 və 10 saylı cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilibƏdliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) arasında imzalanmış Tədbirlər Planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi və dini etiqad azadlığının təmin olunması istiqamətində keçirilən seminar-treninqlər davam edir. Ahlibeyt.az-ın DQİK mətbuat xidmətinə istinadən məlumatına görə,10 saylı cəzaçəkmə müəssisəsində “İslam həmrəyliyi zamanın çağırışıdır” mövzusunda keçirilən maarifləndirici tədbirdə Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin məsul əməkdaşı Süleyman Salayev məhkumlara dini etiqadlarını həyata keçirmək üçün müəssisələrdə yaradılmış şərait barədə məlumat verib. DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov məruzə ilə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan edildiyini xatırladıb. İslam aləmində baş verənlərin fonunda bu addımın nə dərəcədə mühüm rol oynadığına, onun əhəmiyyətinə toxunan şöbə müdiri Azərbaycan təcrübəsinin dünyada öyrənilməsi prosesinin başlandığını söyləyib. Münaqişə ocaqlarının əsasən İslam aləmində olduğunu, İslamın adının terrorla eyniləşdirmə cəhdlərinin arxasında müəyyən maraqların dayandığını və bu dağıdıcı prosesin idarə edildiyini diqqətə çatdıran N.Məmmədov bildirib ki, harada yaşamasından asılı olmayaraq cəmiyyətin bütün təbəqələri bu məsələyə biganə olmamalıdır. Tədbirdə iştirak edən ilahiyyatçı Hacı Şahin Həsənli dini radikalizmin cəmiyyətin bütün təbəqələrini narahat etdiyini vurğulayıb. İslam aləmində həmrəyliyin əldə olunmasının vacibliyini önə çəkən H.Ş.Həsənli qeyd edib ki, din vasitəsi ilə bəzi qüvvələrin manipulyasiya etmək cəhdləri nəticəsində böyük bir coğrafiya fəlakətlərlə üz-üzə qalıb. Dini radikalizmin bəzi cəmiyyətlərdə inkişaf etməsində müsəlmanların da böyük günahları var. Bu gün müsəlmanların üzərinə düşən vəzifə dinimizi olduğu kimi Quran və hədislərdən düzgün şəkildə istifadə etməklə hikmətlə, öyüd-nəsihətlə insanlara çatdırmaqdır. Sonda iştirakçıların sualları cavablandırılıb və Dövlət Komitəsinin nəşrləri olan kitablar məhkumlara hədiyyə edilib. 4 saylı qadın cəzaçəkmə müəssisəsində isə “İslam həmrəyliyində qadının rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Zeynəb Tayıbova, BDU-nun İlahiyyat fakültəsinin aparıcı elmi işçisi Yeganə Mirzəyeva, Penitensiar xidmətin əməkdaşları Gülgün Kərimova və Sevda Zamanova iştirak ediblər. Tədbirdə İslamın qadına verdiyi dəyər, təlim-tərbiyə işində qadınların üzərinə düşən məsuliyyət, xurafatla və dini radikalizmlə mübarizə, eləcə də vətənpərvərlik və İslamda vətənə olan sevgi mövzusu müzakirə olunub. Azərbaycanda hər zaman qadına böyük hörmət bəslənildiyi vurğulayan Y.Mirzəyeva tövbə qapısının hər zaman hər kəs üçün açıq olduğunu vurğulayaraq qadınlara verilən dəyər, qadının İslamdakı yeri, qadın haqlarından bəhs edib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Sentyabr, 2017 13:22 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |