إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

DQDK, Mətbuat Şurası və "Məşədi Dadaş"məscidi dini İcması tərəfindən müsabiqə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi(DQİDK), Mətbuat Şurası və Bakı şəhər "Məşədi Dadaş" Dini İcması kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında “İslam həmrəyliyi və media” mövzusunda yazı müsabiqəsi keçirir.

Ahlibeyt.az-ın məlumatına görə,Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə təqdim olunan yazılarda mövzunu dolğun əhatə etmə səviyyəsinə, faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə, ifadə vasitələrinin zənginliyinə, oxucu üçün informasiyalılıq dərəcəsinə, qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisəyə, Azərbaycanın İslam həmrəyliyinə töhfəsi, İslam həmrəyliyini zəruri edən səbəblər kimi məsələlərə üstünlük veriləcək. Müsabiqəyə 2017-ci il sentyabrın 13-dən noyabrın 20-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Yazıda “İslam həmrəyliyi və media” mövzusundakı müsabiqəyə təqdim olunur” qeydi olmalıdır. Müəllifin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir. Müsabiqə üçün təqdim ediləcək yazı müəllifin çalışdığı KİV-də verilməlidir. Hər kütləvi informasiya vasitəsindən yalnız bir yazı qəbul ediləcək. Eyni KİV-dən iki və daha çox müəllifin müsabiqədə iştirakı yolverilməzdir.

Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahısı”nda yer alan kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir.

Yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır. Həmçinin müəllifin elektron ünvanından elektron qaydada da təqdim oluna bilər. Yazını elektron qaydada təqdim etmək istəyən şəxslər yuxarıda göstərilən sənədləri ms.musabiqe@gmail.com elektron poçt ünvanına təqdim etməlidirlər.

Müsabiqə üçün yazılar 2017-ci il sentyabr ayının 13-dən noyabr ayının 20-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək. Həmçinin müsabiqə materialları ms.musabiqe@gmail.com elektron poçt ünvanına da göndərilə bilər.

Birinci yerin qalibinə (1 nəfər) 1000 manat, ikinci yeri tutanlara (2 nəfər) 800 manat, üçüncü yerin sahiblərinə isə (3 nəfər) 600 manat məbləğində mükafat veriləcək. Həvəsləndirici mükafat (12 nəfər) 100 manatdır.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Sentyabr, 2017  15:35 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!