|
Gəncə və Şamaxıda zərb olunan gümüş sikkələr üzərində “Ya sahibi-zaman”, “Ya Kərim” sözləri həkk olunubMilli Azərbaycan Tarixi Muzeyi arxeoloji dəfinə əldə edib Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, Milli Azərbaycan Tarixi Muzeyi arxeoloji xəzinə əldə edib. Dəfinəyə daxil olan numizmatik sikkələr bu qurumun Numizmatika və epiqrafika elmi fond şöbəsinə təhvil verilib. Sikkələr tanınmış numizmat alim, muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, t.ü.e.d. Əli Rəcəbli tərəfindən tədqiq olunub. Alim daxil olan gümüş və mis sikkələrin XVII-XIX əsrləri əhatə etdiyini bildirib. Onun sözlərinə görə, dəfinə Şamaxıdan təsadüfi tapıntı nəticəsində əldə olunub. Xəzinənin əsas hissəsini təşkil edən gümüş sikkələri - Abbasilər, Səfəvilər və xanlıqlar dövründə zərb olunub. Ə.Rəcəbli qeyd edib ki, Gəncə və Şamaxıda zərb olunan gümüş sikkələrin üzərində fars dilində “Ya sahibi-zaman”, “Ya Kərim” sözləri həkk olunub. Muzeyin numizmatik kolleksiyasına daxil olan bu qiymətli metallar mühüm tarixi əhəmiyyət kəsb edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Sentyabr, 2017 11:39 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |