|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilibSentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib. Müşavirədə DQİDK-nın sədri, sədr müavinləri, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər. Ahlibeyt.az-ın dövlət komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, DQİDK sədri Mübariz Qurbanlı ölkəmizdə dövlət-din münasibətlərinə və Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətə diqqət çəkib, Azərbaycanda mövcud olan dinlərə dövlətin münasibətinin dərin tarixi ənənələrə söykəndiyini, ölkə Prezidenti tərəfindən bu ənənələrin daima qorunub saxlanıldığını diqqətə çatdırıb. Dövlət Komitəsinin sədri, eyni zamanda, “İslam Həmrəyliyi İli” çərçivəsində görülmüş işlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışıb. Gündəliyə uyğun olaraq, Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyevin məruzəsi dinlənilib. S. Mirzəyev şöbənin fəaliyyətini dini radikalizmə, ekstremizmə, o cümlədən fanatizmə və xurafat meyillərinə qarşı mübarizə, milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizdə tarixən mövcud olan tolerantlıq və multikulturalizm ənənələrinin təbliğ və təşviqi, bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı olaraq həmrəyliyin təbliği istiqamətlərində davam etdirdiyini bildirib. Şöbə müdiri, eləcə də radikalizmə qarşı mübarizə, ona meyillənmədən çəkindirmək, dini radikalizmdən zərər görmüş insanların itki və məhrumiyyətlərini göstərmək, habelə milli-mənəvi dəyərlərin qorunması məqsədilə şöbə tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verib. Hesabat dövründə şöbə tərəfindən dini icmaların 113 layihəsinin hazırlanmasına nəzarət olunduğunu və onlara metodiki dəstək verildiyini diqqətə çatdıran S.Mirzəyev ümumilikdə dini icmaların təqdim etdiyi 250 layihənin maarifləndirmə və ideoloji baxımdan dəyərləndirilməsinin həyata keçirildiyini deyib. O, “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda 17 regional konfransın, “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda 18 seminar-müşavirənin, “Dini radikalizm və ekstremizmlə mübarizədə hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətin təşkili” mövzusunda 8 regional müşavirənin, o cümlədən “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda 6 seminarın, “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda 17 seminar-treninqin baş tutduğunu da bildirib. Şöbə tərəfindən “Dövlət və Din” ictimai fikir toplusunun 4, “Cəmiyyət və Din” qəzetinin 8 sayının çapa hazırlandığını bildirən şöbə müdiri nəşrlərdə respublikamızda gedən dini, ictimai-siyasi və mədəni proseslər haqqında məlumatların yer aldığını qeyd edib. Daha sonra DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfovun bölgədə dövlət-din münasibətlərinin tənzimlənməsi vəziyyətini öyrənmək və bu sahədə müvafiq işlər görmək məqsədilə şöbənin icra etdiyi işlərin istiqamət və məzmunu barədə məruzəsi dinlənilib. Hesabat dövründə şöbə tərəfindən 84 dini maarifləndirmə tədbirinin keçirildiyini diqqətə çatdıtan Ə.Nəcəfov dini ayrı-seçkilik və ideoloji cəhətdən zərərli dini ədəbiyyatın əhali arasında təbliği və paylanılmasına edilən cəhdlərin qarşısının alınması istiqamətində atılan addımlar barədə də danışıb. Müşavirə müzakirələrlə davam edib və müvafiq tapşırıqlar verilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Sentyabr, 2017 11:05 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |