|
Angela Merkel - İslam Almaniyanın ayrılmaz hissəsidir!Almaniya kansleri İslam dininə dair gözlənilməz bəyanatla çıxış edib. Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə, bu barədə “Deutsche Welle” məlumat yayıb. Məlumata əsasən, Almaniya kansleri Angela Merkel siyasi debatlar zamanı olduqca cəsarətli bəyanatla çıxış edib. Siyasətçi qadın qeyd edib ki, bir sıra almaniyalıların skeptisizminə baxmayaraq, İslam dini Almaniya Federal Respublikasının bir hissəsidir. “İslam Almaniyaya da məxsusdur.”, - deyə Merkel bəyan edib. Kanslerin sözlərinə görə, İslam bir din kimi ölkə konstitusiyası ilə tamamilə uyğundur. Xatırladaq ki, bir müddət öncə keçirilmiş sosioloji araşdırmanın nəticələrinə əsasən, Angela Merkelin İslam dininə dair baxışı ilə Almaniya sakinlərinin təqribən 1/3-i razıdır. Teledebatın nəticəsinə dair keçirilmiş sorğuya gəldikdə isə, tamaşaçıların 33 faizini Angela Merkeli, cəmi 17 faizi isə onun rəqibini - sosial-demokratların lideri Martin Şultsu dəstəkləyib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Sentyabr, 2017 12:46 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |