إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Şamaxı Adnalı kənd məscidi dini icması tərəfindən dini-maarifləndirici tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şamaxı rayonu Adnalı kənd məscidi dini icması tərəfindən Çarhan kənd məscidində “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti” layihəsi çərçivəsində ilk tədbir keçirilib.

Ahlibeyt.az-ın dini komitənin mətbuat xidmətinə istinadən məlumatına görə,tədbirdə, Çarhan kənd məscidinin imamı Cavid SeyfullayevDQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli,  Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Şamaxı RİH Çarhan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Eldəniz Süleymanov,dindarlar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından, İslam həmrəyliyinin ölkəmiz üçün əhəmiyyətindən və bu həmrəyliyin dünyaya bir nümunə olmasından danışıb.

QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev çıxışında radikalizmin gətirdiyi bəlalardan, yaratdığı çətinliklərdən bəhs edərək, həmrəylik çağırışlarının məhz bu səbəbdən zəruri olduğunu qeyd edib.

Şamaxı RİH şöbə müdir müavini - dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov ölkəmizdə dini maarifləndirmə işinin yüksək səviyyədə olduğunu, dövlətimiz tərəfindən bu sahəyə daim həssas yanaşıldığını bildirib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Avqust, 2017  13:24 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!