|
|
Ermənilər Tovuzda mülki əhalini atəşə tutub, 13 yaşlı oğlan xəsarət alıbBu gün erməni silahlı bölmələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Apa-nın Qərb bürosunun məlumatına əsasən, atılan güllələrdən biri kənd sakini, 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğlunun ayağının altındakı daş qırıqlarına dəyib. Nəticədə daş qırıqları yeniyetməni zədələyib.
Kənddə olan həkimlər tərəfindən R.Yusifova tibbi yardım göstərilib. Onun qəlpə yaraları da aldığı məlum olandan sonra Tovuz rayon Mərkəzi Xəstəxanasına göndərilib
Qeyd edək ki, bir neçə gün əvvəl ermənilər Qaralar kəndində mülki şəxsləri atəşə tutaraq onların əkin sahələrində təsərrüfatla məşğul olmalarına maneçilik törədiblər. Güllələr yaşayış evlərinin dam örtüklərinə də ziyan vurub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Avqust, 2017 11:42 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |