|
“Əhmədli qəsəbə məscidi” dini icması tərəfindən maarifləndirici tədbir keçirilibDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Xətai rayonu “Əhmədli qəsəbə məscidi” dini icması tərəfindən “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Ahlibeyt.az-ın dövlət komitəsinin mətmuat xidmətinə istinadən məlumatına görə,tədbirdə “Əhmədli qəsəbə məscidi” dini icmasının sədri və axundu Murad Cəfərov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev, Samir Yoldaşov, Xətai Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Əhmədli bələdiyyə sədri Pərviz Quliyev, Rayon İH Əhmədli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndə müavini Mehman Allahverdiyev, Keşlə qəsəbəsi “Şah Abbas Cümə məscidi”nin axundu Sirac Səfərov və başqaları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “Əhmədli qəsəbə məscidi” dini icmasının sədri Murad Cəfərov tədbirlə bağlı ümumi məlumat verərək, belə tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. DQİDK-nın Bakı şəhəri üzrə əməkdaşı Vasif Musayev mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. V.Musayev çıxışında bildirib ki, İslam dini insanları sülhə, həmrəyliyə və humanizmə dəvət edir. Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin digər əməkdaşı Samir Yoldaşov multikultural və tolerant dəyərlərdən, dövlətimizin dinə və dindarlara qayğısından bəhs edib. Tədbirdə çıxış edən Xətai İH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Azərbaycanın İslam aləmində çox böyük hörmətə malik olduğunu, Prezident cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının olduqca əhəmiyyətli, zamanın çağırışlarına cavab verən mühüm bir addım olduğunu qeyd edib. Daha sonra Əhmədli bələdiyyəsinin sədri Pərviz Quliyevin, RİH başçısının Əhmədli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndə müavini Mehman Allahverdiyevin, Keşlə qəsəbəsi “Şah Abbas Cümə məscidi”nin axundu Sirac Səfərovun və ziyalıların “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” mövzusunda çıxışları dinlənilib. Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Avqust, 2017 11:40 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |