|
|
Azərbaycanda Həcc ziyarətinə hazırlıq başlayıbHəcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarların səfər hazırlığına start verilib. Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, zəvvarlar üçün Təzəpir məscidində təşkil edilmiş mərasimdə Həcc ziyarətinin əməlləri, görüləcək işlər barədə ətraflı məlumatlar verilib. Bundan başqa zəvvarların qruplara bölünməsinə başlanılıb və həftə sonuna kimi bütün zəvvarlar Həccə hansı qrupun tərkibində gedəcəklərini qrup rəhbərləri vasitəsilə biləcəklər. Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu avqustun 24-də yola düşəcək. Növbəti qruplar isə avqustun 25-26-da yola düşəcək. Zəvvarların qayıdışı sentyabrın 12-si, 13-ü və 14-nə nəzərdə tutulub. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən il kvota 1040 nəfər olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Avqust, 2017 11:23 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |